
“Pandemiya müharibədən daha çox insanı öldürə və daha çox iqtisadi böhrana səbəb ola bilər”.
Yeniavaz.com xəbər verir ki, Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus dünya ictimaiyyətinə bununla bağlı xəbərdarlıq edib.
O, G20 ölkələrinin maliyyə nazirləri və mərkəzi bank rəhbərlərinin görüşündə çıxış edib. Çıxışın mətnini ÜST-nin mətbuat xidməti dərc edib.
“COVID-19 pandemiyası təxminən 20 milyon insanın ölümünə səbəb oldu və qlobal iqtisadiyyatı 10 trilyon dollardan çox məhrum edib. Sağlamlıq təhlükəsizliyi iqtisadi təhlükəsizlikdir və hər ikisi bir çox inkişaf etməkdə olan ölkələrdə, xüsusən də Afrikada səhiyyə xidmətlərinə ciddi problemlər yaradan rəsmi inkişaf yardımının kəskin azalması və ticarətin pozulması təhlükəsi altındadır”, - direktor deyib.