Putinlə Uitkoff arasında görüş başa çatdı – Yenilənib


Kremldə Rusiya Prezidenti Vladimir Putinlə ABŞ prezidentinin xüsusi nümayəndəsi Stiv Uitkoff arasında görüş başa çatıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə görüşdə iştirak edən Putinin köməkçisi Yuri Uşakov məlumat verib.
Uşakov bildirib ki, danışıqlar üç saat davam edib və konstruktiv və faydalı olub:
“Bu söhbət bizə təkcə Ukrayna ilə bağlı deyil, bir sıra digər beynəlxalq məsələlərdə də Rusiya və ABŞ-ın mövqelərini daha da yaxınlaşdırmağa imkan verdi”.
Uşakovun sözlərinə görə, görüşdə Rusiya və Ukrayna arasında birbaşa danışıqların bərpası imkanları da müzakirə olunub.
Rusiya prezidentinin köməkçisi danışıqların Sovet və Amerika hərbçilərinin Elbada görüşünün 80-ci ildönümündə baş tutmasını simvolik adlandırıb.
Uitkoff görüşdən sonra heç bir şərh verməyib.
Qeyd edək ki, Uitkoff son bir neçə həftə ərzində Putinlə dördüncü dəfə görüşüb. Bundan əvvəlki görüş aprelin 11-də Sankt-Peterburqda baş tutub.


***18:42
Rusiya Prezidenti Vladimir Putinlə Amerika liderinin xüsusi elçisi Stiven Uitkoff arasında görüş keçirilir.
Yeniavaz.com
xəbər verir ki, görüş iki saatdan çoxdur ki, davam edir.
Moskva vaxtı ilə saat 14:20 radələrində (Bakı vaxtı ilə 15:20 - red.) başlayan görüşün tamamlanması ilə bağlı hələ ki, məlumat verilməyib.
Görüşdə Rusiya tərəfdən Rusiya prezidentinin köməkçisi Yuri Uşakov və Rusiya Birbaşa İnvestisiya Fondunun rəhbəri, xarici ölkələrlə iqtisadi əməkdaşlıq üzrə xüsusi nümayəndə Kirill Dmitriyev də iştirak edirlər.
 

DİGƏR XƏBƏRLƏR

Top