
Azərbaycanda televiziyalara informasiyaları işarət dilinə tərcümə etmə tələbi qoyulub.
Yeniavaz.com xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi "Əlilliyi olan şəxslərin hüquqları haqqında" qanuna əlavə edilən yeni – 12-1-ci maddədə əksini tapıb.
Qeyd edək ki, Azərbaycan Respublikasının dövlət dilinin şifahi formada istifadəsi zamanı eşitmə qabiliyyəti tam məhdud olan şəxslər üçün Azərbaycan işarət dili ünsiyyət dili kimi rəsmi tanınır.