Ehtiyata buraxılanlar hərbi geyim formasını nə vaxt geyinə bilərlər?


Həqiqi hərbi xidmətdən ehtiyata və ya istefaya buraxılarkən hərbi geyim formasını daşımaq hüququ verilmiş şəxslərin həmin geyim formasını hansı hallarda daşıya biləcəkləri müəyyənləşdirilib.
Yeniavaz.com
xəbər verir ki, bu, Prezident İlham Əliyevin təsdiqlədiyi “Hərbi xidmətkeçmə haqqında Əsasnamə”yə dəyişiklikdə əksini tapıb.
Bildirilib ki, həmin şəxslər yalnız rəsmi dəvət olunduqları Azərbaycan Respublikasının dövlət orqanları (qurumları) tərəfindən təşkil olunan tədbirlərdə, ehtiyata və ya istefaya buraxıldıqları dövlət orqanının (qurumunun) əməkdaşlarının peşə bayramı günlərində, habelə “Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü”ndə, “Zəfər Günü”ndə və “Azərbaycan Respublikasında Anım Günü”ndə daşıya bilərlər.

DİGƏR XƏBƏRLƏR

Top