
“Real Madrid” braziliyalı hücumçu Vinisius Juniorla yeni müqavilə ilə bağlı razılığa gələ bilməsə və o, ayrılmağa qərar verərsə, İngiltərə çempionu “Mançester Siti”dən norveçli hücumçu Erlinq Holanı almağa çalışacaq.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Athletic” məlumat yayıb.
Bildirilib ki, Vinisiusun Səudiyyə Ərəbistanından maliyyə baxımından cəlbedici təklifləri var və “Kral klubu” ilə danışıqlarda yüksək tələblər irəli sürür.
Qeyd edək ki, Erlinq Holan “Mançester Siti” ilə müqaviləsini 2034-cü ilə qədər uzadıb.
Nəşr yazır ki, “Real Madrid”in prezidenti Florentino Peres Erlinq Holanın istedadının pərəstişkarıdır və onunla razılığa gəlmək üçün əlindən gələni edəcək.