Si Cinpin Trampla telefonla danışıb


ABŞ Prezidenti Donald Tramp Çin Prezidenti Si Cinpinin Ağ Evin ticarət tariflərini müzakirə etmək üçün ona zəng etdiyini bildirib.
Yeniavaz.com
xəbər verir ki, o, bu barədə “Time” jurnalına müsahibəsində qeyd edib.
Tramp Çin liderinin zəngini zəiflik əlaməti hesab etmədiyini vurğulayıb.
“O (Si Cinpin) zəng etdi. Düşünmürəm ki, bu, onun zəifliyinin əlamətidir”, - Tramp qeyd edib.
O, əlavə edib ki, söhbət zamanı tərəflər ticarət sazişinin bağlanması imkanlarını müzakirə ediblər.
Tramp həmçinin administrasiyasının razılığa gəlmək üçün çinlilərlə aktiv danışıqlar apardığını bildirib.

DİGƏR XƏBƏRLƏR

Top