Sığorta yığımlarının 70%-ə yaxını bir şirkətin payına düşüb


Bu ilin ilk 3 ayı ərzində ölkədə fəaliyyət göstərən 16 sığorta şirkəti tərəfindən yığılan 399,1 milyon manat məbləğində sığorta haqqının yarıdan çoxunu – 69,3%-ni “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri toplayıb.
Yeniavaz.com
Mərkəzi Bankdan açıqlanan məlumatlara istinadən bildirir ki, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətlərinin topladığı sığorta haqqı 276,7 milyon manat olub.
Müqayisə üçün bildirək ki, ötən ilin eyni dövründə, “Paşa Həyat Sığorta” və “Paşa Sığorta” şirkətləri 259,5 milyon manat sığorta haqqı toplayıblar və bu, ümumi sığorta yığımlarının 69,5%-ni təşkil edib.
Bu ilin ilk 3 ayında ən çox sığorta haqqı toplayanların ilk beşliyini 42,4 milyon manatlıq yığımla “Atəşgah Həyat Sığorta” və “Atəşgah Sığorta”, 31,7 milyon manatlıq yığımla “Qala Sığorta” və “Qala Həyat Sığorta”, 8,8 milyon manatlıq yığımla “Aqrar Sığorta” ASC, 8,6 milyon manatlıq yığımla “Azərbaycan Sənaye Sığorta” ASC şirkətləri tamamlayır.
Ən az sığorta haqqı toplayan şirkətlər isə 482 min manatlıq yığımla “İpək Yolu Sığorta” ASC və 1,9 milyon  manatlıq yığımla “AzSığorta” ASC şirkətləri olub.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top