
ABŞ Prezidenti Donald Trampın internet mağazası Amerika liderinin üçüncü müddətə vəzifədə qalmaq niyyətində olduğu xəbərləri fonunda “Trump 2028” yazılmış papaq və köynəklərini satışa çıxarıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “The Guardian” qəzeti məlumat yayıb.
“ABŞ prezidentinin internet mağazasında “Trump 2028” papaqları və köynəkləri satılır”, - nəşr yazıb.
Belə ki, Tramp üçüncü müddətə qalmaq imkanını istisna etməyib. Ancaq əksər analitiklər bunu “son dərəcə qeyri-mümkün” hesab edirlər.
Mağazada “Trump 2028 (Qaydaları Yenidən Yazın)” şüarı ilə göy və qırmızı köynəklər 36 dollara satılır.
“The Guardian” yazır ki, satışlar Trampın populyarlığının azalması fonunda başlayıb.
Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp dəfələrlə ABŞ Konstitusiyasına 22-ci düzəlişlə qoyulan qadağaya baxmayaraq, üçüncü prezidentlik müddətinə namizədliyini irəli sürməyi düşündüyünü bildirib. Belə ki, o, NBC telekanalına müsahibəsində mümkün üçüncü prezidentlik müddəti ilə bağlı bəyanatlarına ciddi yanaşdığını qeyd edib. Tramp üçüncü müddətə namizəd olmaq barədə məsələnin tez olduğunu bildirsə də, bir çox insanın belə bir qərarı dəstəkləyəcəyini istisna etməyib.
