“Türk dünyası ilə aramızı pozmaq istəyənlər uğurlu ola bilməyəcək”


“Türk dünyası ilə aramızı pozmaq istəyənlər uğurlu ola bilməyəcək”.
Yeniavaz.com
“BBC”yə istinadən xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada Norveçin xarici işlər naziri Espen Bart Eide ilə baş tutan mətbuat konfransında deyib.
Nazir qeyd edib ki, Türkiyə bu istiqamətdə siyasətini səbrlə davam etdirəcək.
Bildirək ki, Türk Dövlətləri Təşkilatının üç önəmli üzvü – Qazaxıstan, Türkmənistan və Özbəkistan Kibr Respublikası ilə diplomatik əlaqələr yaradıb, həmçinin bu ölkəyə səfir təyin ediblər.
Üç dövlət aprelin 4-də Avropa İttifaqı ilə keçirilən sammitdə Şimali Kibr Respublikasının yaradılmasını qınayan və dövlətləri onu tanımamağa çağıran BMT Təhlükəsizlik Şurasının 541 və 550 saylı qətnamələrinə əməl edəcəklərini açıqlayıb.
Qeyd olunur ki, bu hadisə Kipr məsələsində tamamilə fərqli mövqelərə malik olan Türkiyə və Avropa İttifaqı arasındakı münaqişədə Brüssel və Kibr Respublikasının lehinə qəbul edilə bilər.
Xatırladaq ki, Şimali Kibr Respublikası yalnız Türkiyə dövləti tərəfindən tanınır.

Lamiyə Məmmədova

DİGƏR XƏBƏRLƏR

Top