
Xəbər verdiyimiz kimi, ABŞ-də təhsil alan tələbə gənclər ermənilərin növbəti təxribatının qarşısını alıblar.
Yeniavaz.com xəbər verir ki, Berkli Kaliforniya Universitetində təhsil alan azərbaycanlı tələbələr hadisənin detallarını “Xəzər Xəbər”ə danışıb.
Belə ki, Berkli Kaliforniya Universitetinin hüquq fakültəsində, qondarma “erməni soyqırımı”nın anım günündə, İkinci Qarabağ müharibəsi ilə bağlı ermənilərin lentə aldığı filmin nümayiş etdirilməsi nəzərdə tutulub.
Həmin universitetdə magistr təhsili alan azərbaycanlı tələbələr, Ceyhun Xəlilov, İnqilab Hüseynzadə və Murad Qurbanov isə tədbirin ləğv olunmasına nail olub.
Ətraflı videomaterialı təqdim edirik: