Tramp Rusiyanın Kiyevə zərbəsinə münasibət bildirdi: “Vladimir, dayan!”


ABŞ Prezidenti Donald Tramp Rusiya ordusunun Ukraynaya, o cümlədən Kiyevə qarşı kütləvi hücumunu pisləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Tramp sosial şəbəkə hesabında yazıb.
“Rusiyanın Kiyevə endirdiyi zərbələrdən narazıyam. Onlara ehtiyac yoxdur və indi onların yeri deyil. Vladimir Putin, dayan! Hər həftə 5 min əsgər ölür. Gəlin sülh müqaviləsi imzalayaq!”, - Tramp yazıb.
Xatırladaq ki, aprelin 24-nə keçən gecə Rusiya hərbçiləri Kiyev də daxil olmaqla Ukraynanın səkkiz bölgəsinə geniş raket və pilotsuz təyyarə zərbələri endirib. Kiyevdə son məlumatlara görə, 8 nəfər ölüb. Daha 90 nəfər yaralanıb, onlardan 44-ü xəstəxanalardadır.

DİGƏR XƏBƏRLƏR

Top