
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi tərəfindən keçirilən tender müsabiqəsi ləğv olunub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin ləğv edilmə səbəbi kimi “Dövlət Satınalmaları Haqqında” Qanunun 36.1.1.-ci maddəsi göstərilib.
Qeyd edək ki, tenderin keçirilməsində məqsəd 500 min ədəd toplu SMS xidmətinin satın alınması olub. Ləğv olunan tenderin ehtimal olunan qiyməti 19 min 391 manat 33 qəpik təşkil edir.
“ASAN Xidmət”də SMS-lərin qiyməti 40 faiz artıb
Murad Məmmədov