Özəl bankların qeyri-faiz gəlirlərinin 69%-i 2 bankın payına düşüb – Tam siyahı


Bu ilin ilk rübünün yekununa olan məlumata görə, Azərbaycanda fəaliyyət göstərən 22 bank arasında ən yüksək qeyri-faiz gəliri əldə edən bank “Kapital Bank” ASC olub.
Yeniavaz.com
xəbər verir ki, bu ilin ilk rübündə “Kapital Bank” tərəfindən əldə olunan qeyri-faiz gəlirləri 139,3 milyon manat olub.
Qeyd edək ki, bu ilin ilk rübündə banklar ümumilikdə 420,8 milyon manat qeyri-faiz gəliri əldə ediblər. Bu məbləğin 334,9 milyon manatı özəl bankların payına düşüb. Özəl bankların əldə etdiyi qeyri-faiz gəlirlərinin isə 68,9%-i və ya 230,8 milyon manatı 2 bankın – “Kapital Bank” ASC və “Paşa Bank” ASC-nin payına düşüb.
Məlumat üçün qeyd edək ki, nizamnamə kapitalı 265,8 milyon manat olan “Kapital Bank”ın səhmlərinin 81,08%-i “Paşa Holdinq”ə, 7,52%-i “Paşa Sığorta” ASC-yə, 11,4%-i isə digər hüquqi və fiziki şəxslərə aiddir.
Nizamnamə kapitalı 354,5 milyon manat olan “Paşa Bank”ın səhmlərinin 56,8%-i “Paşa Holdinq”ə, 28,2%-i “Bless” MMC-yə, 15%-i isə fiziki şəxslərə aiddir.
Cədvəldə bankların qeyri-faiz gəlirləri göstərilib:

Onu da bildirək ki, bu ilin ilk rübündə bankların faiz gəlirləri qeyri-faiz gəlirlərindən 2,7 dəfə çox – 1 milyard 131,9 milyon manat olub. Özəl bankların fazi gəlirləri isə 841,9 milyon manat olub və bunun da 45,4%-i (382,4 milyon manat) “Kapital Bank” ilə “Paşa Bank”ın payına düşüb.

Elnur Əli

DİGƏR XƏBƏRLƏR

Top