
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində baş vermiş yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Bildirilib ki, hazırda Dövlət Yanğından Mühafizə Xidməti yanğının tam söndürülməsi istiqamətində əməliyyatını davam etdirir.
***10:16
Bakı şəhəri, Sabunçu rayonu, Kürdəxanı qəsəbəsi ərazisində obyekt yanır.
Yeniavaz.com xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.
Bildirilib ki, əraziyə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri cəlb olunub.
Hazırda yanğınla mübarizə tədbirləri davam etdirilir.