Neftimiz kəskin ucuzlaşdı


Dünya bazarlarında “Azeri Light” (CIF) markalı Azərbaycan nefti ucuzlaşıb.
Yeniavaz.com
xəbər verir ki, Azərbaycan neftinin 1 barelə olan qiyməti 2,36 ABŞ dolları və ya 3,40% azalaraq 67,63 ABŞ dolları olub.
Onu da bildirək ki, “Azeri Light” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

DİGƏR XƏBƏRLƏR

Top