Rusiya Kiyevə kütləvi hücuma keçdi – Ölən və yaralananlar var


Rusiya Silahlı Qüvvələri Ukraynanın paytaxtı Kiyevə raket və dronlarla kütləvi hücuma keçib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Ukrayna Fövqəladə Hallar Xidməti məlumat yayıb.
Məlumata görə, hücum aprelin 24-də gecə yarısından sonra baş verib. Kiyevin beş rayonu hücuma məriz qalıb.
Hücum nəticəsində ən azı 9 nəfər ölüb, 63 nəfər yaralanıb.
Xidmətin məlumatına görə, 63 yaralıdan 42-si xəstəxanaya yerləşdirilib, onlardan 6-sı uşaqdır.
Xilasedicilər evlərin dağıntıları altında sağ qalanların axtarışlarını davam etdirirlər.
Fövqəladə Hallar Xidmətindən verilən məlumata görə, yanğınlar inzibati və qeyri-yaşayış binalarında baş verib. Hazırda hücumun nəticələri aradan qaldırılır.
Digər tərəfdən, rus qoşunları Xarkov şəhərinə də raketlər və pilotsuz təyyarələrlə hücum edib.
İlkin məlumata görə, 2 nəfər xəsarət alıb. Şəxsi və yaşayış binalarına ziyan dəyib.
Dnepropetrovsk vilayəti, Dnepr və Pavloqrad şəhərlərində partlayışlar olub. Nəticələr hələ məlum deyil.







DİGƏR XƏBƏRLƏR

Top