Ardanın baxımlı qolu “Real”a qələbə qazandırdı – Video


İspaniya çempionatının 33-cü turunda çempion “Real Madrid” “Xetafe”nin qonağı olub.
Yeniavaz.com
xəbər verir ki, italiyalı Karlo Ançelottinin rəhbərlik etdiyi komanda minimal hesablı qələbə qazanıb.
Oyundakı yeganə qolu türkiyəli gənc yarımmüdafiəçi Arda Gülər ​​vurub. O, 21-ci dəqiqədə baxımlı qolla yadda qalıb.
Qeyd edək ki, “Real Madrid” 72 xalla ikinci yerdədir və lider “Barselona”dan 4 xal geri qalır. “Xetafe” isə 39 xalla 12-ci pillədə qərarlaşıb.

DİGƏR XƏBƏRLƏR

Top