Mədət Quliyevin istefa verdiyi bildirilir


Mədət Quliyevin Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa verdiyi bildirilir.
Yeniavaz.com
xəbər verir ki, bu barədə APA məlumat yayıb.
Bildirilib ki, Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev Azərbaycan Respublikası Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsindəki işlərinin spesifikliyi ilə əlaqədar Azərbaycan Velosiped Federasiyasının prezidenti postundan istefa vermək qərarına gəlib.
Qeyd edək ki, Mədət Quliyev 2021-ci ilin noyabr ayından etibarən Azərbaycan Velosiped Federasiyasının prezidenti idi.

DİGƏR XƏBƏRLƏR

Top