
İstanbulda baş verən 6,2 bal gücündə zəlzələdən sonra 127 yeraltı təkan qeydə alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə Türkiyə Daxili İşlər Nazirliyinin rəhbəri Əli Yerlikaya Fövqəladə Hallar Departamentinin operativ qərargahında məlumat verib.
“Yerli vaxtla saat 17:55-ə (Bakı vaxtı ilə 18:55 - red.) olan məlumata görə, 127 afterşok qeydə alınıb, o cümlədən biri 5,9 bal gücündə”, - nazir bildirib.
Onun sözlərinə görə, Fatih rayonunda bir boş binanın uçması barədə məlumat var. Başqa məlumat yoxdur.
Yerlikaya onu da bildirib ki, onun idarəsində İstanbulda zəlzələ nəticəsində zərər çəkmiş 9 evin sakinlərinin təxliyəsi barədə məlumat var. Onun sözlərinə görə, 6,2 bal gücündə zəlzələ baş verəndən bəri böhran mərkəzinə 10 mindən çox müraciət daxil olub.