“Heç kim Zelenskidən bunu tələb etmir” − Tramp


“Birləşmiş Ştatlar öz sülh planının bir hissəsi kimi Ukraynadan Rusiyanın Krım üzərindəki suverenliyini tanımasını tələb etmir”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp sosial şəbəkə hesabında paylaşım edib.
Trampın sözlərinə görə, Zelenskinin Ukraynanın Krımı heç vaxt hüquqi cəhətdən Rusiya kimi tanımayacağı barədə bəyanatı Rusiya ilə sülh danışıqlarına çox ziyan vurur:
“Ukrayna uzun illər əvvəl, Barak Obama ABŞ prezidenti olanda yarımadanı itirdi və indi bu, heç müzakirə mövzusu da deyil. Heç kim Zelenskidən Krımı Rusiya ərazisi kimi tanımasını tələb etmir, amma o, Krımı istəyirsə, niyə on bir il əvvəl Krımı Rusiyaya təhvil verəndə, bir güllə belə atılmadan onun uğrunda mübarizə aparmadılar?”
Tramp həmçinin iki tərəfin razılığa gəlməyə çox yaxın olduğunu deyib və kozır olmayan adamdan müqaviləni təsdiq etməyi tələb edib.

DİGƏR XƏBƏRLƏR

Top