
“Liverpul”un keçmiş baş məşqçisi Yurgen Klopp tezliklə məşqçiliyə qayıtmaq fikrində deyil.
Yeniavaz.com xəbər verir ki, bu barədə jurnalist Sem Uolles sosial şəbəkədə məlumat yayıb.
Bildirilib ki, 57 yaşlı mütəxəssis məşqçilik gələcəyi ilə bağlı qərar verməzdən əvvəl 2026-cı ilə qədər gözləyəcək və gələn yaya qədər məşqçiliyə qayıtmayacaq.
Qeyd edək ki, Klopp 2015-2024-cü illərdə “Liverpul”da çalışıb. 2025-ci il yanvarın 1-dən mütəxəssis “Red Bull”un qlobal rəhbəri vəzifəsini icra etməyə başlayıb. Xatırladaq ki, Yurgen Klopp “Liverpul”la Premyer Liqa və Çempionlar Liqasının qalibi olub.