
“Gələn aydan etibarən nəzarət etdiyim Hökumətin Effektivliyi Departamentində (DOGE) iştirakımı azaldacağam”.
Yeniavaz.com xəbər verir ki, bu barədə İlon Mask öz şirkətinin investorları qarşısında çıxışı zamanı danışıb.
“Yəqin ki, gələn aydan - may ayından - mənim DOGE-ə ayırdığım vaxt əhəmiyyətli dərəcədə azalacaq. Gələn aydan mən vaxtımın xeyli hissəsini elektromobil şirkəti “Tesla”da keçirəcəyəm”, - o deyib.
Mask əlavə edib ki, o, ABŞ Prezidenti Donald Trampa faydalı və lazım olduğu müddətcə həftənin bir və ya iki gününü dövlət işlərinə həsr etməyə davam edəcək.