Avropa Komissiyası “Apple” və “Meta”nı cərimələdi


Avropa Komissiyası “Apple”ı 500 milyon avro, “Meta”nı isə 200 milyon avro cərimələyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, Amerika korporasiyaları Aİ-nin Rəqəmsal Bazarlar Aktında müəyyən edilmiş rəqabət qaydalarını pozub:
“Hər iki qərar sözügedən şirkətlərlə müfəssəl dialoq nəticəsində qəbul edilib ki, bu da onlara öz arqumentlərini və mövqelərini təqdim etməyə imkan verib”.
Xatırladaq ki, aprelin 8-də bildirilib ki, Avropa İttifaqı Amerikanın “Apple” və “Meta” texnologiya korporasiyalarını antiinhisar qanunlarını pozduqlarına görə cərimələmək niyyətindədir.

DİGƏR XƏBƏRLƏR

Top