
“Real Madrid”in hücumçusu Vinisius Junior Beynəlxalq Futbol Federasiyası (FİFA) tərəfindən şübhə altına alınıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Marca” məlumat yayıb.
Mənbənin məlumatına görə, 24 yaşlı oyunçu bir neçə futbol klubunun sahibi olduğu üçün maraqların toqquşması qaydalarını pozmaqda şübhəli bilinir. Günahı sübuta yetirilərsə, braziliyalı iki ilə qədər futboldan uzaqlaşdırıla bilər.
Qeyd edək ki, bu mövsüm Vinisius bütün turnirlərdə 47 oyun keçirib, 21 qol vurub və 15 məhsuldar ötürmə edib. Futbolçunun klubla hazırkı əmək müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 200 milyon avrodur.