
İstanbulda baş verən zəlzələlərdən sonra dərslər 2 günlük dayandırılıb.
Yeniavaz.com xəbər verir ki, bu barədə milli təhsil naziri Yusuf Tekin və Ali Təhsil Şurasının sədri Erol Özvar açıqlama verib.
Qeyd edilib ki, həmçinin dövlət müəssisələrində çalışan əlil, hamilə, qazi və 10 yaşınadək uşağı olan analar bu müddət ərzində heç bir tədbir görülmədən inzibati məzuniyyətə çıxmış hesab olunacaqlar.
Xatırladaq ki, bu gün İstanbulda zəlzələlər qeydə alınıb. Onlardan biri 6,2 bal gücündə olub.