
Fələstin Prezidenti Mahmud Abbas HƏMAS hərəkatını Qəzza zolağında saxlanılan israilli girovları azad etməyə çağırıb.
Yeniavaz.com xəbər verir ki, onun Fələstin Azadlıq Təşkilatının (FAT) Mərkəzi Şurasının Ramallahda keçirilən iclasındakı çıxışını “Al Hadath” telekanalı yayımlayıb.
“Hazırda bizim əsas prioritetimiz Qəzza zolağında aparılan qətliamı dayandırmaqdır. O, bitməlidir, Qəzzada hər gün yüzlərlə insan ölür. İsraillilərə əsas verməyi dayandırın, girovları azad edin”, - Fələstin prezidenti HƏMAS-a deyib.
O, həmçinin qruplaşmanı silahları və Qəzzaya nəzarəti İordan çayının qərb sahilindəki Fələstin Milli Administrasiyasına təhvil verməyə və fəaliyyəti beynəlxalq hüquqla tənzimlənəcək siyasi partiyaya çevrilməyə çağırıb:
“Yaxın Şərqdə sülh İsrailin işğalına son qoyularsa və müstəqil Fələstin dövləti yaradılarsa, mümkündür və bunun üçün mövcud fikir ayrılıqlarını aradan qaldırmalı və “Fələstinarası” çatı aradan qaldırmalıyıq”.
Ölkə başçısının sözlərinə görə, 2007-ci ildə Qəzzada hakimiyyəti ələ keçirən HƏMAS anklavda altı hərbi münaqişə gətirib və İsrailə hazırkı hərbi əməliyyatlar üçün bəhanə verib.