İstanbuldakı zəlzələlərdə 151 nəfər özünü binadan atıb


İstanbulda baş verən zəlzələlərdə ölən olmayıb.
Yeniavaz.com
xəbər verir ki, bu barədə İstanbul Valiliyi məlumat yayıb.
Məlumata görə, zəlzələ zamanı 151 nəfər yüksəklikdən tullanaraq yaralanıb.
Valiliyin məlumatına görə, onların müalicəsi davam edir, həyatları üçün heç bir təhlükə yoxdur.
Digər tərəfdən, şəhərin Fatih rayonunda tərk edilmiş bir bina uçub. Hadisə nəticəsində ölən və yaralanan olmayıb.
Aidiyyəti qurumların hadisə yerindəki fəaliyyətləri davam edir.

DİGƏR XƏBƏRLƏR

Top