İstanbulda daha bir zəlzələ oldu – Video + Yenilənib


Afterşokların davam etdiyi bir vaxtda Türkiyədə 4,4 bal gücündə daha bir zəlzələ baş verib.
Yeniavaz.com
“NTV”yə istinadla xəbər verir ki, Bakı vaxtı ilə saat 14.02-də Böyükçekmece sahillərində baş verən zəlzələ 7,02 kilometr dərinlikdə baş verib.
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan hadisələri nəzarətdə saxladıqlarını bildirib.
Türkiyə daxili işlər naziri Əli Yerlikaya AFAD və aidiyyatı qurumlardan olan qrupların hadisə yerində olduğunu qeyd edib.
Digər tərəfdən, AFAD zəlzələdən sonra riskli binalara girməmək barədə xəbərdarlıq edib.

*** 14:12 
Türkiyənin İstanbul vilayətində iki zəlzələ qeydə alınıb.
Yeniavaz.com
“NTV”yə istinadla xəbər verir ki, Silivri sahillərində baş verən 3,9 bal gücündə zəlzələdən sonra İstanbulda 6,2 bal gücündə ikinci zəlzələ meydana gəlib.
10 saniyə davam edən silkələnmələr ətraf əyalətlərdə də hiss olunub.
Fövqəladə Halların İdərə Olunması Agentliyinin (AFAD) saytında yer alan məlumata görə, ilk olaraq episentri Mərmərə dənizində, İstanbulun Silivri rayonu sahillərində olan 3,9 bal gücündə zəlzələ qeydə alınıb.
Zəlzələnin 6,99 kilometr dərinlikdə baş verdiyi müəyyən edilib.
Daha sonrta eyni ərazidə 6,2 bal gücündə daha bir zəlzələ baş verib. Bu dəfə isə sarsıntıların episentri 6,92 kilometr dərinlikdə qeydə alınıb.
Bildirilib ki, sarsıntılar davam edir.

DİGƏR XƏBƏRLƏR

Top