Sultan Əbdülhəmidin nəvəsi etiraz edən lisey şagirdlərini hədələdi


Osmanlı sultanlarından II. Əbdülhəmidin 4-cü nəsil nəvəsi Əbdülhəmid Kayıhan Osmanoğlu müəllim təyinatlarına etiraz edən lisey şagirdlərini hədələyib.
Yeniavaz.com
 xəbər verir ki, o bu barədə “Akit TV”də yayımlanan “Yazılmamış Tarix” verilişinin qonağı olarkən danışıb.
“Osmanlının nəvələrinin öldüyünümü zənn edirsiniz? Siz kimsiniz? Bir neçə gün əvvəl lisey şagirdləri, cahil gənclər dövlətimizə qarşı ayağa qalxdılar. Təbii ki, onların gücü çatmaz. Biz dövlətimizin yanında olmağa davam edəcəyik, Biz yaşadıqca bu cür kor zehniyyətə qarşı olacağıq”, - deyə Kayıhan Osmanoğlu bildirib.

DİGƏR XƏBƏRLƏR

Top