Türkiyədə keçmiş futbol hakiminin dediyi sözlərdən sonra yayım kəsildi – Video


Türkiyədə keçmiş futbol hakimi Ali Palabıyıkın efirdə hakim təyinatları ilə bağlı dediyi sözlərdən sonra “HTSpor”da yayım dayanıb.
Yeniavaz.com
xəbər verir ki, o, uzun müddətdir təyinat almayan hakimlərdən birinin yenidən təyinat almasını şərh edərkən buna “yuxarıların” icazə verdiyini bildirib.
Ali Palabıyık eyni halın öz başına gəldiyini də deyib. O bildirib ki, Hakimlər Şurası təyinat almamasını “yuxarıların” icazə verməməsi ilə əlaqələndirib və “külliyyə”dən xəbər gözlədiklərini deyib.
Qeyd edək ki, hazırda Türkiyə mətbuatında “külliyyə” termini istifadə olunan zaman prezident sarayı nəzərdə tutulur.
Keçmiş hakimin bu sözlərindən sonra “HTSpor”da yayımı dayanıb. Bir müddət sonra yayım bərpa olunub və aparıcı problemin texniki səbəblərdən yarandığını bildirib.
Sosial şəbəkələrdə hakim təyinatlarının şəffaflığı ilə bağlı geniş müzakirələr başlayıb.

DİGƏR XƏBƏRLƏR

Top