
Yüngül çəkidə “Ultimate Fighting Championship” (UFC) üzrə keçmiş çempion Həbib Nurməhəmmədov Azərbaycanda ilk dəfə keçiriləcək UFC turniri haqqında paylaşım edib.
Yeniavaz.com xəbər verir ki, bu barədə idmançı İnstaqram səhifəsində müvafiq məlumat yayıb.
Məlumata görə, 36 yaşlı Nurməhəmmədov Bakıda keçiriləcək turnirdə mübarizə aparacaq Tagir Ulanbekovla birlikdə Azərbaycana gələk.
“Biz qonaqpərvər Azərbaycana Tagir Ulanbekovla birlikdə gələcəyik. Yalnız qələbə”, - idmançı yazıb.
Xatırladaq ki, UFC turniri iyunun 21-də Bakı Kristal Zalında baş tutacaq.
