“Kiyev Krımın işğalını tanımır” – Zelenski

zelenski çini rusiyaya silah verməkdə ittiham etdi
“Ukrayna Krımın işğalını hüquqi olaraq tanımır”.
Yeniavaz.com xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski Londonda Ukrayna nümayəndə heyətinin Amerika və Avropa nümayəndə heyətləri ilə görüşündən əvvəl keçirdiyi brifinqdə deyib.
“Ukrayna hüquqi cəhətdən Krımın işğalını tanımır. Bu, bizim ərazimizdir, Ukrayna xalqının ərazisidir. Burada danışılası heç nə yoxdur - bu, bizim Konstitusiyadan kənardır”, - Zelenski bildirib.
Onun sözlərinə görə, Krım və Rusiyanın işğal etdiyi digər ərazilərlə bağlı məsələnin müzakirəsi yalnız müharibənin uzanmasına gətirib çıxarır və Rusiyanın istədiyi də məhz budur:
“Biz artıq 12 ildir ki, müharibə aparırıq. Bu, Rusiya ilə ərazilərlə bağlı razılaşmanın mümkün olub-olmaması sualının cavabıdır”.
O əlavə edib ki, Krımın Rusiya kimi tanınması ilə bağlı sözlər “siqnal” kimi qəbul edilə bilər, lakin Kiyev bu məsələ ilə bağlı rəsmi təklif almayıb. Ukrayna prezidenti qeyd edib ki, bu “siqnallar” eşidilsə də, onların Amerika rəsmilərindən, yoxsa Rusiya tərəfdən gəldiyini bilmir.

DİGƏR XƏBƏRLƏR

Top