
Hindistanın Kəşmir regionunda atışma baş verib.
Yeniavaz.com “News18”ə istinadən xəbər verir ki, atışma nəticəsində azı 27 turist ölüb, iyirmiyə yaxın turist yaralanıb.
Telekanalın məlumatına görə, ölənlər arasında ən azı iki əcnəbi var. Hakimiyyət hələ ki, ölən və yaralananların sayını rəsmi açıqlamayıb.
Qeyd edək ki, naməlum silahlı şəxslər Baysaran vadisində cığara çıxan turistlərə atəş açıblar. Atəş açılandan sonra hüquq-mühafizə orqanlarının əməkdaşları və tibb işçiləri hadisə yerinə gediblər. Hadisənin təfərrüatları araşdırılır. Yerli hakimiyyət hadisəni terror aktı adlandırıb.
Hadisə şahidlərinin sözlərinə görə, turistlərə hərbi geyimli bir neçə şəxs hücum edib. Onlar qaça biliblər. Hindistan təhlükəsizlik qüvvələri ərazini mühasirəyə alıb və atəş açanları axtarır. Məlumata görə, hadisəyə görə məsuliyyəti “Müqavimət Cəbhəsi” qruplaşması öz üzərinə götürüb.