Qəzzada 2 milyon fələstinli tamamilə humanitar yardımdan asılıdır


“Qəzza zolağında və İordan çayının qərb sahilində Fələstin xalqına qarşı müharibə genişlənir və yeni, ölümcül mərhələyə qədəm qoyur”.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Fələstin hökumətinin kommunikasiya mərkəzinin dərc etdiyi hesabatda deyilir.
Hökumətin təqdim etdiyi rəqəmlərə görə, 2025-ci il martın 18-də atəşkəsin pozulmasından bəri İsrail Qəzza zolağında 1827 fələstinlini öldürüb, daha 4828 fələstinli isə yaralanıb:
“Bundan əlavə, 420 mindən çox insan məcburi olaraq köçürdülüb. Səhiyyə sistemi dağıdılıb, çörək sexləri bağlanıb və 2 milyon fələstinli hazırda Qəzza zolağına buraxılmayan humanitar yardımdan tamamilə asılıdır”.

DİGƏR XƏBƏRLƏR

Top