
“Real Madrid” “Mançester Siti”nin ispaniyalı yarımmüdafiəçisi Rodrini almaqda maraqlıdır.
Yeniavaz.com xəbər verir ki, bu barədə “Bild” jurnalı məlumat yayıb.
Nəşrin məlumatına görə, Madrid klubu futbolçuya ciddi maraq göstərir, lakin Rodri başqa kluba keçmək barədə yekun qərar verməyib.
Qeyd edək ki, Rodrinin “Mançester Siti” ilə hazırkı müqaviləsi 2027-ci ilin yayına kimi nəzərdə tutulub.
“Transfermarkt” portalında verilən məlumata görə, futbolçunun bazar dəyəri 130 milyon avrodur.