
Norveçin yüksək liqasında mübarizə aparan futbol klublarından “Brine” matçın ən yaxşı oyunçusunu mükafatlandırmaqda unikal ənənəyə malikdir.
Yeniavaz.com xəbər verir ki, klubun sonuncu ev oyunundada bu ənənə təkrarlanıb və matçın ən yaxşısı seçilən Aleks Krigeri quzu ilə mükafatlandırılıb.
Belə ki, final fitindən bir neçə dəqiqə sonra “mükafat” futbolçuya təqdim olunub.
Bu tipli mükafatlar klubun ət və süd məhsulları istehsalı ilə məşğul olan yerli fermer icması ilə dərin əlaqələrini nümayiş etdirmək üçündür.
Həmin anların kadrlarını təqdim edirik: