Məşhur senatordan sonra erməni əsilli həyat yoldaşı da həbs oluna bilər


ABŞ-nin Nyu-York şəhərində məhkəmə keçmiş Nyu-Cersi senatoru Robert Menendezin həyat yoldaşı, erməni əsilli Nadine Menendezi rüşvət almaqda və ədalətə mane olmaqda təqsirli bilib.
Yeniavaz.com
BBC-yə istinadən xəbər verir ki, Nadine Menendez bir neçə il ərzində əri ilə birlikdə siyasətdə təsir gücündən istifadə edərək pullar, qızıl külçələr və bahalı “Mercedes-Benz” avtomobili kimi hədiyyələr alıb.
Prokurorların sözlərinə görə, o, bu rüşvət planında əsas rollardan birini oynayıb.
Nadine 2023-cü ildə ittiham olunmuşdu, lakin xərçəng müalicəsi aldığı üçün məhkəməsi təxirə salınmışdı. Cəzası 2025-ci ilin iyununda elan olunacaq.
Rəsmilər bildirirlər ki, cütlük rüşvət müqabilində Misir hökumətinə gizli yardım göstərib. FTB onların evində yüz minlərlə dollar pul və qızıl tapıb.
Bu işlə əlaqədar başqa şəxslər – iş adamları və şirkət rəhbərləri də günahkar biliniblər.
Xatrladaq ki, Senatın Xarici Əlaqələr Komitəsinə rəhbərlik etmiş Robert (Bob) Menendez və onun həyat yoldaşı Nadine Menendez uzun illər ABŞ-dəki erməni lobbisinin əsas simalarından olublar. Bu ilin yanvar ayında ABŞ-də Nyu York ştatının Cənub Dairə Məhkəməsi Robert Menendezi 11 il həbs cəzasına məhkum edib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top