Turizm Agentliyi xarici jurnalistləri Azərbaycana gətirəcək – 1,8 milyon pul ayrılıb


Dövlət Turizm Agentliyi xarici jurnalistlərin, blogerlərin və turizm şirkətlərinin Azərbaycana tanışlıq səfərlərini təşkil edəcək.
Yeniavaz.com
xəbər verir ki, Agentlik bu məqsədələ 3 tender müsabiqəsi elan edib.
Dövlət Turizm Agentliyi:
Türkiyədən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin və ölkəmizdə işgüzar tədbirlərin təşkili xidmətlərinin satın alınması üçün 444 min 926 manat 67 qəpik;
Avropadan və Birləşmiş Krallıqdan jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün 537 min 861 manat 70 qəpik;
Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərindən jurnalistlər, blogerlər və turizm şirkətləri üçün tanışlıq səfərlərinin təşkili xidmətlərinin satın alınması üçün isə 847 min 319 manat 6 qəpik vəsait ayırıb.


Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top