Qızılın qiyməti 3500 dolları keçdi


Qızıl fyuçerslərinin qiyməti tarixi maksimumunu yeniləyib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “Comex” birjası (Nyu-York Ticarət Birjasının bölməsi) məlumat yayıb.
Ticarət platformasından verilən məlumata görə, qızılın qiyməti bir troy unsiyası üçün 3500 dolları keçib.
Belə ki, Bakı vaxtı ilə saat 07:30-a olan məlumata görə, qızılın qiyməti 4,59% faiz artaraq, 1 troy unsiyası üçün 3500,1 dollar təşkil edib.
Bakı vaxtı ilə saat 07:45-də isə qızılın qiymətinin artımı ləngiyərək, 1 troy unsiyası üçün 3499,7 dollar (+4,77%) olub.

DİGƏR XƏBƏRLƏR

Top