Hidayət Heydərov Avropaya gedən heyətdən çıxarıldı


Avropa çempionatında çıxış edəcək milli komandamızın heyətində dəyişiklik olub.
Yeniavaz.com
xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyası məlumat yayıb.
Bildirilib ki, olimpiya, dünya və dördqat Avropa çempionu Hidayət Heydərov xəstələndiyi üçün həkimlərin qərarı ilə heyətdən çıxarılıb.
“Hidayəti Avropa çempionatında Rəşid Məmmədəliyev (-73 kq) əvəz edəcək.
Qeyd edək ki, cüdo üzrə böyüklər arasında Avropa çempionatı 23–27 aprel tarixlərində Monteneqroda keçiriləcək. Mötəbər turnirdə ölkəmizi 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edəcək”, - məlumatda deyilir.

DİGƏR XƏBƏRLƏR

Top