Dollar son üç ilin minimumuna düşdü


Yeni həftənin əvvəlində ABŞ dollarının dünya valyutalarına nisbətdə məzənnəsi enməkdə davam edir və dollar indeksi adlanan indeks 2022-ci ilin martından bəri ilk dəfə olaraq 98 bənddən aşağı düşüb.
Yeniavaz.com CNBC-yə istinadən xəbər verir ki, minimuma çatdıqda valyuta 97,92 punkta düşüb.
Bildirilib ki, indeks ABŞ-nin ticarət tərəfdaşlarının altı valyutası - avro, yen, funt sterlinq, Kanada dolları, İsveç kronu və İsveçrə frankı əsasında hesablanır.
Xatırladaq ki, ABŞ Prezidenti Donald Trampın ötən ilin noyabrında keçirilən prezident seçkilərində qələbəsi indeksin 110,18 punkta çataraq sürətlə yüksəlməsinə səbəb olub. Bununla belə, Respublikaçının vəzifədə ilk addımları valyutanı aşağı sürükləyib. Trampın əsas problemi onun hərəkətlərinin gözlənilməzliyi olaraq qalır, bu səbəbdən investorlar artıq dolları təhlükəsiz sığınacaq aktivi kimi qəbul etmir və seçimlər axtarırlar.

DİGƏR XƏBƏRLƏR

Top