
Ermənistan və Azərbaycan sərhədlərin delimitasiyasının növbəti mərhələləri ilə bağlı rəy və təklif mübadiləsini davam etdirir.
Yeniavaz.com “Armenpress” agentlyinə istinadla xəbər verir ki, bunu Ermənistanın Baş nazirinin müavini, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası üzrə komissiyanın həmsədri Mqer Qriqoryan deyib.
O, tərəflər arasında komissiyaların növbəti görüşünün tarixi barədə məlumat olmadığını bildirib.
“İndiki mərhələdə komissiyaların növbəti iclasının vaxtı ilə bağlı konkret razılıq yoxdur. Tərəflər delimitasiya prosesinin növbəti mərhələləri ilə bağlı işçi formatda rəy və təklif mübadiləsini davam etdirir”, - deyə Qriqoryan qeyd edib.