
Şəki şəhər İcra Hakimiyyəti başçısına yeni müavin təyin edilib.
Yeniavaz.com Banker.az-a istinadla xəbər verir ki, icra başçısı Elxan Usubovun əmri ilə Töhrablı Xəyalə Töhrab qızı başçının müavini – İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri təyin olunub.
Bildirilir ki, bu təyinatadək Töhrablı Xəyalə Töhrab qızı Şəki şəhər Uşaq İncəsənət məktəbinə Tədris işləri üzrə direktor müavini vəzifəsində çalışıb. Bildirilir ki, o, ixtisasca musiqi müəllimidir.
Qeyd edək ki, İcra Hakimiyyətinin rəsmi saytında “struktur” bölməsində də X. Töhrablının adı başçının müavinləri sırasında qeyd olunub.