
Tanınmış iqtisadçı-ekspert, Respublikaçı Alternativ (REAL) Partiyasın sədri Natiq Cəfərli ona qanunsuz cərimə yazıldığını iddia edib.
Yeniavaz.com xəbər verir ki, o bu barədə sosial şəbəkə hesabında yazıb.
“İnsanları bezdirən, yığdığı vəsait haqqında ictimai məlumat verməyən, yığdığını kefi istəyən kimi xərcləyən AYNA – Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, sizdən indicə mesaj aldım, bugünkü tarixdir (19 aprel – red.), bu gün maşını heç yerdə saxlamamışam, evdən çıxıb ofisə gəlib ofisin qarşısında maşını park etmişəm, ofisin qarşısı binaya aiddir, şlaqbaumla daxil olmaq olur – maşın 7 saatdır ofisin qarşısındadır, yaxşı, siz bu cəriməni haranızdan uydurub çıxardınız?”, - N. Cəfərli bildirib.
O qeyd edib ki, çağrı mərkəzinə zəng etsə də, danışa bilməyib:
“4 dəqiqə gözlətdiniz, sonra qapatdınız. Sizi məhkəməyə verəcəm, yetər artıq, insanları zinhara gətirmisiniz!”

Ekspert bir müddət sonra qurumdan ona zəng edildiyini yazıb:
“Məsələni araşdırırlar, amma bu problemlər yüzminlərlə sürücüləri əhatə edir deyə, fərdi yox, sistemli həll olunmalıdır”.