Çin dünyada 10G şəbəkəsini istifadəyə verən ilk ölkə oldu


“Huawei” və “China Unicom” telekommunikasiya şirkətləri Pekin yaxınlığındakı Hebey əyalətində dünyanın ilk 10G genişzolaqlı şəbəkəsini istifadəyə veriblər.
Yeniavaz.com
“Mydrivers” saytına istinadla xəbər verir ki, bu, dünyada dünyada ilk belə ixtira olan 50G PON texnologiyasından istifadə etməklə mümkün olub.
Yeni şəbəkənin yükləmə sürəti saniyədə 9834 meqabitə, göndərmə sürəti isə saniyədə 1008 meqabitə çatır, sabit gecikmə isə cəmi üç mikrosaniyədir.
İnfrastruktur böyük miqyaslı resurslar tələb edən həllər üçün nəzərdə tutulub. Xüsusilə, söhbət bulud xidmətlərindən, həmçinin, virtual və əlavə reallıq proqramlarından gedir.
2025-ci ilin yanvar ayından etibarən Çində 4 milyondan çox 5G baza stansiyası fəaliyyət göstərəcək ki, bu da dünyanın hər hansı digər ölkəsindən daha çoxdur.
Qeyd edək ki, PON (Passive Optical Network) şəbəkəsi passiv optik şəbəkə olub, genişzolaqlı internet, televiziya və telefon xidmətləri üçün istifadə olunan fiber-optik şəbəkədir.

DİGƏR XƏBƏRLƏR

Top