
Türkiyə Böyük Millət Məslisinin (TBMM) keçmiş sədri, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) qurucularından Bülent Arınç İstanbul Böyükşəhər Bələdiyyəsinin sdəri Əkrəm İmamoğlunun həbsi və diplomunun ləğvi ilə bağlı açıqlama verib.
Yeniavaz.com xəbər verir ki, o, bu barədə “tv100”ə müsahibəsi zamanı danışıb.
Martın 19-da saxlanılan və daha sonra həbs edilən İstanbul Böyükşəhər Bələdiyyəsinin (İBB) sədri Əkrəm İmamoğlunun diplomunun ləğv edilməsinin yanlış olduğunu bildirən Arınç, “Bunun təxribat olduğunu düşünənlər haqsız sayılmazlar”, - deyib.
Arınç həmçinin bildirib ki, İmamoğlu həbs olunmadan mühakimə olunmalıdır.
“Siyasi həbslər olmamalıdır. Demirtaş üçün də bunu demişdim. Esenyurtdan tutmuş bütün məhkəmələrdə əvvəlcə ittiham aktı yazılır, cinayətlə bağlı məhkəmə qərar verir. Bundan sonra həbslər və buna bənzər məsələlərə qiymət verilir. İri şəhərlərin bələdiyyə sədrləri ilə bağlı mühakimə həbs edilmədən aparılmalıdır”, - Arınç bidirib.