
Türkiyənin məşhur "Kuruluş Osman" serialının aktyoru Ümit Gündeş İstanbulun Avcılar rayonunda çamadan oğurladığı üçün saxlanılıb.
Yeniavaz.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, ötən gün Avcılar rayonunda mağazlardan birinin qarşısına qoyulan çamadan şübhəli şəxs tərəfindən oğurlanıb.
Eyni şəxs həmin gün ərazidə yerləşən supermarketə daxil olaraq piştaxtalardakı məhsulları ciblərinə doldurub və pullarını ödəmədən qaçıb.
Oğurluq hallarının artmasından sonra bölgədə araşdırma aparan polis əməkdaşları, ərazidəki təhlükəsizlik kameralarının görüntülərini təhlil ediblər. Nəticədə, oğurluq edən şəxsin daha öncə də bu tip cinayətlərdə adı hallanan və “Kuruluş Osman” serialında rol alan aktyor Ümit Gündeş olduğu müəyyən edilib.
Məlum olub ki, Ümit Gündeş bir vaxtlar tarixi seriallarda müxtəlif personajları canlandırıb və Avcılar bölgəsində yaşadığı ehtimal edilir.
Bununla belə, mağaza və supermarket rəhbərliyinin polisə rəsmi şikayət etməməsi səbəbilə, hüquq-mühafizə orqanları Ümit Gündeş barəsində hər hansı bir hüquqi tədbir görməyib.