
Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan ATƏT-in baş katibi Feridun Sinirlioğlu ilə görüş keçirib.
Yeniavaz.com Ermənistan mətbuatına istinadən xəbər verir ki, görüş zamanı tərəflər Ermənistan-ATƏT əməkdaşlığı, o cümlədən fərdi proqramların həyata keçirilməsi ilə bağlı məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Tərəflər, həmçinin regional təhlükəsizlik məsələlərinə, xüsusilə də Cənubi Qafqazda sülhün təmin olunması istiqamətində atılan addımlara toxunublar. Görüşdə Ermənistan və Azərbaycan arasında sülh prosesi müzakirə edilib və sülh sazişinin mətni üzərində razılığın əldə olunmasının vacibliyi vurğulanıb.
Mirzoyan Ermənistanın ATƏT-in Minsk Qrupu ilə bağlı mövqeyini ifadə edib, həmçinin sülh prosesinin digər komponentlərinə dair Ermənistanın təkliflərini təqdim edib.
Görüş çərçivəsində Ermənistan və Türkiyə arasında münasibətlərin normallaşması prosesi ilə bağlı da fikir mübadiləsi aparılıb.