
Müqəddəs Pyotr Bazilikasının lojikasında çıxış edən Roma Papası I Fransisk ənənəvi “Urbi et Orbi (“şəhərə və dünyaya”) Pasxa müraciətini səsləndirib.
Yeniavaz.com xarici KİV-lərə istinadən xəbər verir ki, Roma Papası I Fransisk Pasxa müraciətində Cənubi Qafqaza çağırış edib.
Papa Fransisk çıxışında dünyanın bir sıra münaqişə ocaqlarını xatırladaraq Cənubi Qafqazda uzun müddətdir davam edən gərginliyə də toxunub. O, bölgədə təcili sülhə ehtiyac olduğunu vurğulayıb və xüsusilə də Ermənistanla Azərbaycan arasında yekun sülh sazişinin əldə olunması üçün dua etdiyini bildirib.
Müqəddəs Taxt-Tac rəhbəri həmçinin çıxışında Qəzza zolağındakı vəziyyəti, Suriya və Livandakı xristian icmalarının durumunu, Ukraynada davam edən müharibəni və Afrikanın müxtəlif bölgələrindəki silahlı münaqişələri də yad edib.