“Şahin Axundov həbs olunmayıb, o heç Azərbaycanda deyil” – Açıqlama


Xəbər verdiyimiz kimi, daha əvvəl mətbuatda “Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (Şərurlu İsfəndiyar) oğlunun həbs edilməsi ilə bağlı məlumat yayılıb. Daha sonra özü bu iddianı təkzib edib və oğlu Şahin Axundovun xəstəxanada olduğunu bildirib.
“Şərur MTK”nın mətbuat xidmətinin rəhbəri Tünzalə İsmayılova Yeniavaz.com-a açıqlama verərək Şahin Axundovun ölkə xaricində olduğunu bildirib.
“Bu dəqiqə İsfəndiyar müəllim gündəmdə olan adamdır. Mətbuatda yalan-yanlış məlumatlar yayırlar. Yol polisi belə saxlayanda deyirlər ki, polis tərəfindən saxlanıldı.
Şahin Axundov həbs olunmayıb. O heç Azərbaycanda deyil. Xaricdə səyahətdədir. Orada səhhəti ilə bağlı problem yaranıb. İnsanıq, hər kəs xəstəxanaya gedir. O da insandır, robot deyil ki”, - T. İsmayılova bildirib.
Qeyd edək ki, İsfəndiyar Axundov son vaxtlar mətbuata verdiyi qalmaqallı açıqlamalarla gündəmə gəlib.

Murad Məmmədov

DİGƏR XƏBƏRLƏR

Top